Almaniyada “müharibə partiyası” önə çıxır
// 23 fevralda Şolts erası bitə bilər
![Almaniyada “müharibə partiyası” önə çıxır Almaniyada “müharibə partiyası” önə çıxır](https://azvision.az/photos/2025/02/5178d731-a28f-4e0b-8aa5-81f70a33aefa-1739628176.jpg)
Proqnozlara görə, Almaniyanın yeni kansleri XDİ/XSİ (CDU/CSU) blokunun lideri Fridrix Merts olacaq. Amma onun mühafizəkarları hökuməti təkbaşına formalaşdırmağa imkan verəcək qədər səs toplaya bilməyəcəklər. Buna görə də Merts ya sosial-demokratlar, ya da “yaşıllar” ilə koalisiya yaratmalıdır. Sağ-populist “Almaniya üçün Alternativ” partiyası ilə koalisiya quracağı gözlənilmir.
Fridrix Merts çıxışlarında Ukraynaya hərbi yardımı davam etdirəcəyini, Kiyevə 500 km. məsafəni vuran “Taurus” qanadlı raketləri göndərəcəyini bildirib. Kiyev bu raketləri çoxdan istəsə də, Şolts hökuməti gərginlik yaratmaqdan ehtiyat edərək, verməmişdi.
Tariyel Həsənov
AzVision.az
Teqlər: Almaniya