Fevralın 14-də cinayət törədən 72 nəfər saxlanılıb

 Fevralın 14-də cinayət törədən 72 nəfər saxlanılıb
  15 Fevral 2025    Oxunub:428
Fevralın 14-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti