Livanda daha bir terror başçısı aradan götürülüb - FOTO - YENİLƏNİB

   Livanda daha bir terror başçısı aradan götürülüb -    FOTO - YENİLƏNİB
  22 Aprel 2025    Oxunub:591
İsrail Ordusu Livanda "İslam Camaatı" qruplaşmasının ali komandirinin PUA zərbəsi ilə zərərsizləşdirilməsi faktını təsdiqləyib.
İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, öldürülən terror başçısının tam adı Hüseyn İzzət Məhəmməd Ətvidir. Onun, eyni zamanda, Fələstinin HƏMAS təşkilatı ilə birlikdə İsrailə qarşı terror əməliyyatları və raket hücumları həyata keçirdiyi diqqətə çatdırılıb.

* * *

11:28
İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrut şəhərinin cənubuna pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində misirmənşəli "İslam Camaatı" terror təşkilatının ali komandiri Həsən Ətvi öldürülüb.
Bu barədə yerli mətbuatda xəbər yayılıb. Bildirilib ki, Həsən Ətvi həmçinin Livanda fəaliyyət göstərən "Müsəlman Qardaşlar" təşkilatı ilə də əlaqəli idi. Bu təşkilat da, öz növbəsində, iranyönümlü "Hizbullah" qruplaşmasının dəstəkçisi kimi İsrailə qarşı hücumlara qoşulub.

PUA zərbəsi Həsən Ətvinin Beyrutun cənubundakı Bəvərtə kəndində avtomobilinə tuşlanıb.
Hizbullah: "Hökumətlə dialoqa açığıq"

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar da meydana gəlir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   terrorçular   Hizbullah  





Xəbər lenti