Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası təsdiq edilib

Qərara əsasən, Mülki aviasiyanın fəaliyyəti ilə bağlı ətraf mühitin mühafizəsi sahəsində ümumi koordinasiya işini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
Aviasiyanın ətraf mühitə təsirlərini azaltmaq üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir:
-. zərərli qazların atmosferə atılmasının azaldılması;
-. hava gəmilərinin qalxması, enməsi və uçuşu zamanı səs-küy çirklənməsi
səviyyələrinin azaldılması;
-. istifadə olunan yanacağın effektivliyinin artırılması;
-. alternativ enerji mənbələrindən istifadənin təşviqi;
-. hava hərəkətinin idarə olunmasının və hava limanı əməliyyatlarının
səmərəliliyinin artırılması;
-. texnoloji yeniliklərin tətbiqi.
Bu Qaydanın tələblərinə əməl olunmasına ümumi nəzarəti Agentlik, ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində isə nəzarəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
Bu Qaydanın müddəaları fövqəladə hallar və ya humanitar yardım məqsədləri üçün nəzərdə tutulan uçuş əməliyyatlarına tətbiq edilmir.
Agentlik hava limanının (aeroportun), aerodromun və hava gəmisinin istismarçıları tərəfindən bu Qaydanın tələblərinə əməl olunmasının effektivliyinin artırılması üçün təlimatlar hazırlayır.
AzVision.az
Teqlər: