Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib

   Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
  12 May 2025    Oxunub:391
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Bəhreyn kralı Həməd bin İsa Al Xəlifəyə ünvanlanmış məktubunu vəliəhd və Baş nazir Salman bin Həməd bin İsa Al Xəlifəyə təqdim edib.
Bu barədə AzVision.az vəliəhdin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verir.

Qeyd edək ki, Azərbaycan XİN başçısı Bəhreyndə rəsmi səfərdədir və artıq krallığın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib.

AzVision.az



Teqlər:





Xəbər lenti