Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib, məhkəmələri keçirilir

      Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib, məhkəmələri keçirilir
  12 May 2025    Oxunub:576
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.
AzVision.az -ın əldə etdiyi məlumata görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.

Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.

DTX-nin Mətbuat xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti