Ər-Riyadın böyük ümidləri

   Ər-Riyadın böyük ümidləri
  12 May 2025    Oxunub:442
Səudiyyə Ərəbistanı Binyamin Netanyahu hökuməti dövründə İsraillə münasibətlərin normallaşdırılmasında irəliləyiş gözləmir, lakin gələcəkdə belə bir addımın atılmasını mümkün sayır.
AzVision.az xəbər verir ki, Səudiyyənin kral ailəsindəki mənbə bu gün “Kanal 12 İTV” ilə söhbətində belə deyib.

“Netanyahunun hökuməti dövründə münasibətlərin tənzimlənməsində irəliləyiş olacağı ümidi yoxdur. Hətta Trampın özü də inamını itirib. Ola bilsin ki, növbəti hökumətdə dəyişiklik şansı yaransın”, - telekanal həmsöhbətindən sitat gətirir.

Mənbə Trampın Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələri ilə bağlı bir sıra mühüm sazişlərin imzalanması planlaşdırıldığını bildirib. Bunlara ABŞ-nin dəstəyi ilə mülki nüvə obyektinin tikintisi layihəsi də daxildir.

Krallıq həmçinin ümid edir ki, ABŞ prezidentinin 4 iyun 1967-ci il sərhədləri daxilində Fələstin dövlətini tanıyacağını elan edəcəyinə ümidlidir. Bu, Trampın son vaxtlar eyham vurduğu həmin “sürpriz” ola bilər.

- Biz əsas şərt - 4 iyun 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasına dair aydın öhdəlik olmadan İsraillə münasibətləri normallaşdırmayacağıq. Tramp bu tələbi anlayır və onu irəli sürmək niyyətindədir. Əgər bu addım həyata keçirilərsə, Səudiyyə Ərəbistanı, habelə digər ərəb və islam ölkələri İsraillə münasibətlərin normallaşdırılması prosesini irəli aparacaq”, - mənbə iddia edib.

Səudiyyə kral ailəsindəki mənbə İsrailin “Kan-11” telekanalına açqıalmasında ABŞ prezidenti Donald Trampın səfəri ərəfəsində Ər-Riyadda böyük nikbinliyin olduğunu bildirib. Onun sözlərinə görə, səudiyyəlilər Fələstin məsələsinin həlli ilə bağlı ABŞ prezidentinin dəstəyini almağa çalışırlar.

“Ər-Riyad hesab edir ki, silahsızlaşdırılmış Fələstin dövləti yaratmaq, Qəzzada müharibəyə son qoymaq, İsraillə ərəb ölkələri arasında münasibətləri normallaşdırmağa başlamaq lazımdır”, - mənbə deyib.

Krallıq ailəsindəki mənbə Trampın yuxarıda göstərilən bütün addımları əhatə edən “böyük
sövdələşmə” ilə razılaşacağına əmin olduğunu söyləyib. Bununla belə, onun fikrincə, razılaşmanın təfərrüatları dəyişdirilə bilər. Lakin Fələstin dövlətini tanımaq və Qəzzada müharibəyə son qoymaq Ər-Riyadın imtina edə bilməyəcəyi əsas prinsiplərdir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Səudiyyə   ümidlər  





Xəbər lenti