ABŞ İrana sərmayə qoya bilər

   ABŞ İrana sərmayə qoya bilər
  12 May 2025    Oxunub:426
Dünən Vaşinqton və Tehran nümayəndə heyətləri arasında İranın nüvə proqramının həlli və sanksiyaların ləğvinə dair danışıqların dördüncü mərhələsi baş tutub.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani görüş haqqında mətbuata açıqlamasında diqqətə çatdırıb ki, tərəflərin bu, ya digər şəkildə razılığı nəticəsində nüvə sazişi imzalanarsa, ABŞ şirkətlərinin İran iqtisadiyyatına sərmayə qoymaq məhdudiyyəti aradan qalxacaq.

"Tehranın ABŞ sərmayəsi ilə əlaqədar hər hansı problemi yoxdur. Vaşinqton özü-özünü İranın böyük potensialından məhrum qoyub. Əlbəttə, ölkələr arasında yeni saziş imzalanacağı təqdirdə ABŞ iqtisadi potensialımızdan məhdudiyyətsiz surətdə yararlana, müxtəlif sahələrə investisiya ayıra biləcək. Biz də bu prosesə hazırıq", - xanım sözçü vurğulayıb.

Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar keçən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti