Leşşenko: “Rusiya öz qurduğu tələyə düşüb”

      Leşşenko:    “Rusiya öz qurduğu tələyə düşüb”
  12 May 2025    Oxunub:431
Ukrayna prezidenti Volodimir Zelenski sülhə sadiqliyini nümayiş etdirmək üçün mayın 15-də Türkiyənin İstanbul şəhərində Kreml lideri Vladimir Putinlə görüşməyə razılaşıb.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko telemarofon zamanı belə deyib.

Onun sözlərinə görə, Kiyev üçün indi uduzulması mümkün olmayan vəziyyət yaranıb. Ukrayna İstanbula gedir və diplomatik yola hazır olduğunu göstərir. Putin gəlmirsə, zəifliyini göstərir, gəlsə, bütün dünyanın müharibəni davam etdirmək üçün saxta arqumentlər tapmağa məcbur olan bir adamı görəcəyi vəziyyətə düşəcək.

“İndi növbə Rusiyanındır. Onlar yavaş-yavaş öz tələlərinə düşürlər. Cümə axşamı Türkiyədə bizi gözlədiklərini deyəndə bizə tələ qurduqlarını düşünürdülər”, - ukraynalı siyasətçi bildirib.

O, həmçinin vurğulayıb ki, Avropa liderlərinin ötən həftəsonu Kiyevdə keçirilən görüş burada birlik nümayiş etdirilməsi və ABŞ ilə yol xəritəsi razılaşdırılması baxımından vacib olub.

- Buna görə də Putin şənbədən bazara keçən gecə mətbuat qarşısında bir növ absurd çıxış etməyə məcbur oldu və orada Türkiyədə danışıqlara hazır olduğunu açıqladı. Bundan sonra Zelenski təşəbbüs göstərdi və ora gedib Putini gözləyəcəyini dedi. Ruslar indi bu vəziyyətdən necə çıxmağı düşünürlər. Rusiya birbaşa danışıqlara hazır deyil”, - Leşenko iddia edib.

The Guardian: “Zelenski təşəbbüsü Putinin əlindən alıb”
Ukraynalı siyasətçi əmindir ki, Zelenski ilə söhbətdə Putin “tam uğursuzluğa məhkumdur”, ona görə də Rusiya prezidenti buna getməyəcək.

“Biz Rusiyanın heç bir arqumenti olmayan zəifliyini nümayiş etdirmək üçün Putinlə hətta qeyri-populyar təkbətək danışıqlara belə hazır olduğumuzu göstərmişik. Ən əsası isə biz tərəfdaşlarımıza göstəririk ki, problem Kiyevdə deyil, Moskvadadır”, - Sergey Leşenko bildirib.

Bu baxımdan, o, çıxışının sonunda Kiyevin mövqeyini açıq şəkildə ortaya qoyub: danışıqlar uğursuz olarsa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməlidir.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın “The Guardian” qəzeti Putinin əlindən təşəbbüsü alan Zelenskinin indi Rusiya prezidentinə təzyiq göstərdiyini yazmışdı.
Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Zelenski   Putin   tələ  





Xəbər lenti