Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

   Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
  10 May 2025    Oxunub:384
Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə Daşkənddə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbir çərçivəsində ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları Ümummilli Liderin Daşkəndin mərkəzində olan Heydər Əliyev parkındakı abidəsi önünə əklil və gül dəstələri qoyublar.


Hüseyn Quliyev müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, Ulu Öndərin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə ölkəmizin inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq.


Səfir bildirib ki, müasir dövrdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası Ümummilli Lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün bu səmimi dostluq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistanın dövlət başçıları Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.

AzVision.az


Teqlər: UluÖndər   Daşkənd  





Xəbər lenti