Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olunub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olunub
  09 May 2025    Oxunub:421
Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.
AzVision.az xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Naftalan, Qazax, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Saatlı, Bərdə, Tərtər, Yevlax, Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

AzVision.az


Teqlər: külək   sabah  





Xəbər lenti