Kobaxidze avropalı məmurları ittiham edib

   Kobaxidze avropalı məmurları ittiham edib
  09 May 2025    Oxunub:425
“Dərin dövlət”dən göstərişlər alan Avropa strukturlarındakı bəzi məmurlar Gürcüstanın milli maraqlarına zidd siyasət aparır.
AzVision.az bildirir ki, belə açıqlama verən Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, 2022-ci ildə “gürcü xalqına heç bir əsas olmadan Avaropa İttifaqı (A) üzvlüyünə namizəd statusu verilmədi, sonra isə Aİ ilə danışıqlardan imtina edildi.

Kobaxidze deyib ki, “dərin dövlət”in təmsilçiləri Gürcüstan hökumətindən Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb etsə də, rəsmi Tbilisi bu təklifi rədd edib. Bundan sonra Volodimir Zelenski Ukrayna səfirini Tbilisidən geri çağırıb.

“Heç bir Avropa ölkəsi bu qərarı tənqid etmədi, çünki koordinasiyalı idi. Bizə dedilər ki, sanksiyalara qoşulmalı və döyüşçülər göndərməliyik. Biz bunu etmədik və nəticədə səfir geri çağırıldı. Bu, bizə siyasi təzyiq göstərməyə başlanmasına səbəb oldu”, - Gürcüstanın baş naziri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Gürcüstan   Avropa   təzyiq  





Xəbər lenti