İrəvan Bakı ilə Moskvasız danışmaq istəyir

“Doğrudur, Rusiya vasitəçi olub. İndi isə biz Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik. Lakin sülh sazişinin imzalanması ilə bağlı hələlik xəbər yoxdur”, - erməni məmur bildirib.
Xatırladaq ki, martın 13-də İrəvan və Bakının sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdıqları barədə məlumat yayılıb. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı idi.
Sahil İsgəndərov
AzVision.az