Fikrət Qocanın yubileyi qeyd olunacaq

Fikrət Qocanın yubileyi qeyd olunacaq
  08 May 2025    Oxunub:317
Fikrət Qocanın 90 illik yubileyi qeyd olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənəddə 2025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olduğu qeyd olunub.

Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməsi tapşırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti