Aleksandr Vuçiç Moskvaya yollanıb

Aleksandr Vuçiç Moskvaya yollanıb
  07 May 2025    Oxunub:497
Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın bu ölkədəki səfiri Aleksandr Botsan-Xarçenko ilə Belqradda səhər görüşündən sonra Moskvaya yola düşüb.
AzVision.az “İnformer” portalının yaydığı məlumata istinadən xəbər verir ki, Serbiya prezidenti mayın 9-da Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunmasında iştirak etmək, həmçinin Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya yollanıb.

Xatırladaq ki, mayın 6-da axşam Latviya və Litvanın Aleksandr Vuçiçin onların ərazisi üzərindən Moskvada keçirilən Qələbə Paradına uçmasına qarşı çıxdıqları bəlli olub.

Lakin, Serbiya prezidenti daha əvvəl Moskvadakı Qələbə Paradına qatılacağı təqdirdə Avropa İttifaqı (Aİ) nümayəndələrinin sanksiyaların tətbiqi ilə bağlı hədələri onu planlarını dəyişməyə məcbur edə bilməyəcəyini açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Vuçiç   Moskva   Parad  





Xəbər lenti