Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutub

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutub
  07 May 2025    Oxunub:516
2025-ci il mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü və Azercell-in eksklüziv tərəfdaşlığı ilə paytaxtın ənənəvi kütləvi idman tədbiri olan “Bakı Marafonu” uğurla baş tutdu.
Builki marafon da müxtəlif yaş qruplarından olan minlərlə insanı bir araya gətirərək sağlam həyat tərzi ətrafında birləşdirdi.

“Küləyə qalib gəl" şüarı altında təşkil olunan qaçış üçün təxminən 28 000 nəfər müraciət etmişdi. Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi marşrut üzrə mübarizəyə qoşuldular. Lider mobil operatorun dəstəyilə keçirilən marafonda artıq bir neçə ildir ki, atletlərin nişan nömrələrinə xüsusi rəqəmsal xronometrlər (timekeeper) yerləşdirilir. Bu elekton cihaz nəticələrin real zaman rejimində qeydə alınmasını və maksimal dəqiqliyini təmin edir.

Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin oldu. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçüncü keçdi. Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç birinciliyə nail oldu. Azərbaycanlı Anna Yusupova yarışı ikinci, Yaponiyadan olan atlet Eriko Soma isə üçüncü pillədə tamamladılar.

Azercell Telekom qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı. Mobil operator ənənəyə sadiq qalaraq tədbirin fərqlənmiş tələbə iştirakçılarını da diqqət mərkəzində saxladı.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

AzVision.az



Teqlər:





Xəbər lenti