Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

   Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb
  07 May 2025    Oxunub:601
29 sentyabr – 3 oktyabr 2025-ci il tarixlərində Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində elmi məqalələrin seçimi prosesi ilə bağlı rəsmi nəticələr açıqlanıb.
AzVision.az xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyası tərəfindən Azərbaycanın ümumilikdə 205 elmi məqaləsi qəbul olunub. Bu elmi məqalələrdən 166-sı Azərbaycan Milli Elmi Komandasının üzvləri tərəfindən təqdim olunmuşdur və onlar Azərkosmosun Kosmik Akademiyası tərəfindən həyata keçirilən birinci mərhələ keyfiyyət yoxlamasından uğurla keçmişdir.

Milli Elmi Komandası üzrə nəticələrin xülasəsi:

• Ümumi təqdim edilmiş elmi məqalələr: 166
• Qəbul edilmiş elmi məqalələr: 140
• Ehtiyat sıyahısında: 26
• Gender bölgüsü üzrə: Kişi – 88; Qadın – 78


Bu nəticələr Azərbaycan elmi ictimaiyyətinin beynəlxalq elmi mühitdə artan nüfuzunun, peşəkarlığının və fədakarlığının göstəricisidir.

Qeyd edək ki, 2025-ci ildə ölkəmizdən Sidney Konqresinə 632 elmi məqalə təqdim olunmuşdur. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə Konqresdə iştirak edən ölkələr arasında ilk üçlükdə yer alıb. Bu ilki Konqresdə 103 ölkədən ümumilikdə 6400-dən çox elmi məqalə təqdim edilmişdir.

“Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) mövzusu altında keçiriləcək Sidney Konqresinə təqdim olunan elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi mövzuları əhatə edir.

AzVision.az





Teqlər:





Xəbər lenti