Xatırladaq ki, ötən ay İsrail təhlükəsiz zonalar yaratmaq üçün Qəzzanın geniş ərazilərinin ələ keçirilməsi də daxil olmaqla, hərbi əməliyyatların genişləndirdiyini açıqlyıb. İsrailin Müdafiə naziri İsrael Kats qoşunların bu əraziləri yaraqlılardan və infrastrukturdan təmizləyəcəyini və onları bufer zonalarına əlavə ediləcəyini bildirib. Bu əməliyyat xüsusilə Rəfah və Xan Yunis bölgələrində təxliyyə əmrləri ilə müşayiət olunub.
![]() |
İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib |
İsrail HƏMAS-dan gələn təhlükəni neytrallaşdırmaq və bütün girovları azad etmək zərurətində israrlıdır. Fələstin nümayəndələri isə blokadanın götürülməsini və hərbi əməliyyatların dayandırılmasını tələb edirlər.
Bir həftə əvvəl isə, İsrail HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi müqabilində Qəzza zolağında 5 illik atəşkəs təklifini rədd edib.
Sahil İsgəndərov
AzVision.az