BƏƏ ilə tərəfdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib

BƏƏ ilə tərəfdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib
  03 May 2025    Oxunub:528
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb.
AzVision.az İqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, görüşdə Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələri vurğulanıb, iqtisadi-ticarət tərəfdaşlığının genişləndiyi qeyd olunub. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb.

Həmçinin ölkəmizin əlverişli biznes mühitinin, strateji coğrafi mövqeyinin, zəngin resurslarının, həmçinin qeyri-neft sənayesinin sürətlə inkişafının investorlar üçün cəlbedici imkanlar yaratdığı vurğulanıb. Bu imkanlardan səmərəli istifadə etməklə investisiya əlaqələrinin təşviqi, biznes subyektləri arasında tərəfdaşlığın genişləndirilməsi vacib əhəmiyyət kəsb edir.

Tərəflər iki ölkə arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı investisiyaların artırılması imkanlarını nəzərdən keçiriblər.

AzVision.az


Teqlər: Azərbaycan   BƏƏ  





Xəbər lenti