“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

“Azərkosmos” növbəti elmi müsabiqə elan edir
  02 May 2025    Oxunub:791
Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) “Yer səthinin məsafədən müşahidəsi” üzrə növbəti dəfə elmi müsabiqə elan edir.
“Azərkosmos”dan AzVision.az -a biıdirilib ki, müsabiqənin əsas məqsədi peyk təsvirləri, o cümlədən Azersky peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək, coğrafi informasiya sistemləri sahəsinə töhfə vermək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını dəstəkləməkdir. Builki müsabiqə “Gələcəyin xəritəsi” mövzusu altında keçirilir və 2025-ci ildə Vətən müharibəsində qazandığımız Zəfərin 5 illiyinə həsr olunur. Müsabiqə Qarabağ regionunun inkişafı, süni intellekt texnologiyaları ilə proqnozlaşdırıcı modellərin hazırlanması və innovativ xəritə dizaynı kimi istiqamətləri əhatə edəcək.

Müsabiqəyə yaşı 18-35 arası olan tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun nümayəndələri qatıla bilərlər. Müsabiqə iştirakçıları kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması və digər istiqamətlərdə ideyalarını öz elmi işlərində peyk təsvirləri sayəsində vizullaşdırma şansı qazanacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir. Qeydiyyat mayın 1-dən iyunun 30-dək aparılacaq. Müsabiqənin ilk üç qalibi (birinci yer: 5000 AZN, ikinci yer: 3000 AZN və üçüncü yer: 1500 AZN) pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqənin şərtləri haqqında ətraflı məlumat alamaq və qeydiyyat üçün linkə keçid edə bilərsiniz.

AzVision.az



Teqlər:





Xəbər lenti