“Ukraynalılar Rusiyanın faktiki olaraq işğal etdiyi əraziləri verməyə hazırdırlar, baxmayaraq ki, onlar bunu əbədi olaraq hüquqi cəhətdən tanımayacaqlar. Onlar başa düşürlər ki, atəşkəs əldə olunarsa, hər bir tərəf tutduğu mövqelərdə qalacaq”, - Donald Trampın xüsusi nümayəndəsi müsahibədə deyib.
![]() |
Kelloq: “Ukraynada sülh üzrə 22 şərt hazırlanıb” |
ABŞ prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, bu müharibədə heç kim hərbi yolla qalib gəlməyəcək, yeganə yol diplomatik yoldur. Ukraynalılar bunu ötən həftədən sonra yaxşı başa düşürlər, indi ruslar da bunu anlamalıdırlar.
Sahil İsgəndərov
AzVision.az