Tramp Kiyevə silah satmağa başlayır?

“Ukraynaya 50 milyon dollar dəyərində silah satışına icazə barədə məlumat ABŞ prezidentinə müdafiə malları və xidmətlərinin idxalı və ixracına nəzarət etmək səlahiyyəti verən Silah İxracına Nəzarət Aktı çərçivəsində Konqresə təqdim olunub. Müvafiq rəsmi bildiriş ABŞ Dövlət departamentinin Qanunvericilik İşləri idaəsindən Konqresə daxil olub”, - məlumatda deyilir.
“Rand Corporation” qeyri-kommersiya təşkilatının müdafiə və təhlükəsizlik siyasəti üzrə tədqiqatçısı Maykl SeSirin fikrincə, əgər, istər əvvəlki yardım paketlərinin uzadılması, istərsə də prezidentin təcili silah ötürülməsi mexanizmi vasitəsilə ABŞ-nin Ukraynaya hərbi yardımı davam edərsə bu, Vaşinqtonun danışıqlardakı mövqeyini yalnız gücləndirəcək.
- Tramp administrasiyası Ukraynada uzunmüddətli atəşkəs istəyini dəfələrlə bəyan edib. Bu məqsədə çatmaq üçün ABŞ-yə həm Kiyev, həm də Moskva üzərində təsir rıçaqları lazımdır”, - analitik “Kyiv Post” nəşrinə açıqlamasında deyib.
Sahil İsgəndərov
AzVision.az