Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

   Bakının bu ərazilərində qaz olmayacaq -    XƏBƏRDARLIQ
  30 Aprel 2025    Oxunub:369
Sabah Bakının Sabunçu rayonunun bir çox ərazilərində qaz təchizatı dayandırılacaq.
AzVision.az xəbər verir ki, bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilir ki, Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar mayın 1-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Rayonun Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının, Ramanı qəsəbəsinin, Sabunçu qəsəbəsinin, Yeni Ramanı, Bünyadzadə, Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Bakıxanov qəsəbəsinin M.Fətəliyev, Sülh, E.Xəlilov, S.Cabbarov, Ş.Kamilov, Hacınski küçələrinin və Suraxanı rayonu ərazisində Deputatski küçəsinin, Ramanı 2-ci sahənin, Şuşa qaçqın şəhərciyinin, Ramanı qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V.Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - qurumdan əlavə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti