İranda İsrailə casusluqda təqsirləndirilən şəxs edam olunub

İstintaqın məlumatına əsasən, o, iki il ərzində İran ərazisində İsrail kəşfiyyatçıları və casusları ilə yaxından əlaqə saxlayıb, həmçinin 2022-ci il mayın 22-də SEPAH-ın polkovniki Həsən Səyyad Xodainin qətlə yetirilməsində iştirak edib. Bəyanatda müttəhimin istintaq zamanı təqsirini etiraf etdiyi vurğulanır.
“Onun “Mossad” üçün casusluq fəaliyyəti, eləcə də “Mossad” ilə əlaqəli terror qruplarına hər cür dəstək, o cümlədən “Mossad” ilə təhlükəsiz rabitə xəttinin aşkarlanması sübuta yetirilib”, - sənəddə bildirilir.
Məhkəmə orqanlarının nümayəndələri bildirirlər ki, Ləngərneşin öz kuratorlarının göstərişi ilə “müəyyən obyektlərin” fotoşəkillərini çəkməklə və anonim SİM kartları, mobil telefonları və digər rabitə cihazlarını israillilərə təhvil verməklə məşğul olub. Onun, həmçinin, İsrail kəşfiyyatının nümayəndələri ilə görüşmək üçün Nepala və Gürcüstana da getdiyi iddia edilir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İran Ləngəreşin edam