Ərdoğan: “Pakistan və Hindistan təmkinli olmalıdırlar”

      Ərdoğan:    “Pakistan və Hindistan təmkinli olmalıdırlar”
  29 Aprel 2025    Oxunub:258
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan-Hindistan münasibətlərindəki böhranın diplomatik yollarla həll olunacağına ümid etdiyini bildirib.
AzVision.az xəbər verir “Anandolu” agentliyin Türkiyə liderinin belə bəyanat səsləndirdiyi barədə məlumat yayıb.

“Biz regionumuzda və onun hüdudlarından kənarda yeni münaqişələrin olmasını istəmirik. Ümid edirik ki, Pakistan və Hindistan arasında gərginliyin artması daha ciddi hala gəlməzdən əvvəl mümkün qədər tez aradan qaldırılacaq. Türkiyənin Xarici İşlər nazirliyi və digər strukturlar bu prosesi diqqətlə izləyir”, - Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Şahbaz Şərif: “Var gücümüzlə cavab verəcəyik”
O, həmçinin Pakistanın baş naziri Şahbaz Şərifin Türkiyəyə son səfərinin regional hadisələr kontekstində çətin vaxta təsadüf etdiyinə diqqət çəkib: “Qardaş Pakistan xalqına güclü dəstəyimizi bir daha təsdiqlədik”.

Xatırladaq ki, aprelin 22-də Hindistanın Cammu və Kəşmir ştatında 26 turistin ölümü, iyirmiyə yaxın turistin yaralanması ilə nəticələnən atışma baş verib. Nyu-Dehli terror hücumu ilə bağlı Pakistanı günahlandırmaq xəttini seçib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ərdoğan   Pakistan   Hindistan  





Xəbər lenti