İran Prezidenti: "Bizim universitetlərimiz biri-biri ilə təcrübələri bölüşə bilərlər"

      İran Prezidenti:    "Bizim universitetlərimiz biri-biri ilə təcrübələri bölüşə bilərlər"
  28 Aprel 2025    Oxunub:320
Bizim universitetlərimiz bir-biri ilə əlaqədə ola, təcrübələrini, elm, mədəniyyət, texnologiya sahələrində təcrübələrini bölüşə bilərlər.
AzVision.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

“Bizim iş adamlarımız, sənətkarlarımız istehsal etdikləri məhsulları, bacarıqlarını və regionun ehtiyacı olan malları bir-birinə ötürə bilərlər. Bizim regionumuzda mövcud olan bazar bütün dünyanın ehtiyaclarını ödəyə bilər. Bu bazar Azərbaycan üçündür, bu bazar İran üçündür, bu bazar Pakistan və Əfqanıstan üçündür”, - deyə Prezident Pezeşkian əlavə edib.

AzVision.az





Teqlər:





Xəbər lenti