Netanyahunun Azərbaycana səfər tarixi açıqlanıb

   Netanyahunun Azərbaycana səfər tarixi açıqlanıb
  28 Aprel 2025    Oxunub:396
İsrailin Baş naziri Benyamin Netanyahu mayın 8-də Azərbaycana gələcək.
Bu barədə yerli mənbələr "Times of Israel" xəbər saytına məlumat veriblər. Bildirilib ki, o, səfər çərçivəsində Prezident İlham Əliyevlə, habelə Azərbaycandakı yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcək. Tərəflər qarşılıqlı məsələlərlə yanaşı Türkiyə və İsrail arasında Suriya üzrə aparılan danışıqlar ətrafında da müzakirələr aparacaqlar.

Onlar həmçinin Azərbaycanın "Avraam müqavilələri" və digər müxtəlif təşəbbüslərə qoşulması, eyni zamanda, ABŞ ilə ikitərəfli və üçtərəfli əlaqələrin gücləndirməsi planları üzrə danışacaqlar.
Netanyahu Azərbaycana gələcək

Xatırladaq ki, Benyamin Netanyahunun ölkəmizə gözlənilən səfəri ilə əlaqədar ilk xəbər aprelin 24-də verilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Azərbaycan   Baş-nazir   səfər  





Xəbər lenti