Ruslarla dostluğa dair kitabların müəllifi Almaniyada ölü tapıldı

   Ruslarla dostluğa dair kitabların müəllifi Almaniyada ölü tapıldı
  28 Aprel 2025    Oxunub:369
Hamburq polisi alman yazıçı Aleksandra Frolixin qətli ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə "İndependent" məlumat yayıb.

Döyüşə qatılmış tanınmış rəssam öldürüldü
58 yaşlı yazıçının meyitini onun oğlu aprelin 22-də çay sahilində dayanan qayıqda tapıb.
Polisin ilkin ehtimalına görə qadın güllələnib. Qətldə istifadə olunan silah isə çox güman ki, çaya atılıb.

Qeyd edək ki, Frolix karyerasına Ukraynada jurnalist kimi başlayıb və sonradan qadın jurnalının redaktoru olub. O sonra Almaniyada jurnalist kimi çalışıb və 2012-ci ildə ilk romanı -“Mənim rus qayınanam və digər fəlakətlər”i nəşr etdirib.

Yazıçının öz həyat təcrübəsinə əsaslanaraq yazdığı kitab 50 000-dən çox nüsxə ilə satılıb və onu "Spiegel"in bestsellerlər siyahısına daxil edib.
Frolix həm də ruslarla dostluq haqqında başqa bir kitabın da müəllifi idi. Kitab “Ruslarla səyahət” adlanır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Kitab   Yazıçı   Jurnalist   Almaniya  





Xəbər lenti