Kallas Ermənistan prezidenti ilə nədən danışıb?

Kallas Ermənistan prezidenti ilə nədən danışıb?
  26 Aprel 2025    Oxunub:515
“Romada mən prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim”.
AzVision.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

O həmçinin Cənibu Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.

“Mən Aİ-nin əlaqələrin dərinləşdirilməsinə güclü sadiqliyini bir daha təsdiqlədim və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda sülhün əldə olunması istiqamətində səylər barədə fikir mübadiləsi apardım.”, - diplomat bildirib.


Teqlər:   Ermənistan  





Xəbər lenti