Əvəz Zeynallı azadlığa buraxıldı

   Əvəz Zeynallı azadlığa buraxıldı
  25 Aprel 2025    Oxunub:332
"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə etdiyi müraciətə baxılıb.
Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə onlayn formatda keçirilən yekun prosesdə qərar elan edilərək Əvəz Zeynallı azadlıga buraxılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı doqquz il, Elnur Şükürov isə dörd il müddətinə azadlıqdan məhrum ediliblər.

Birinci instansiyanın hökmü ilə bağlı apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Daha sonra Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinə baxılaraq qismən təmin edilib.

Əvəz Zeynallının cəzası iki ay, Elnur Şükürovun həbs müddəti isə bir il azaldılıb.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti