Almatı Prosesi I Tacikistanın nazir müavini Azərbaycana təşəkkür edib

Onun sözlərinə görə, Azərbaycan Almatı Prosesinin regional əməkdaşlığın təşviqindəki rolunu uğurlu şəkildə gücləndirib.
"Nisbətən qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Almatı Prosesi artıq Mərkəzi Asiya ölkələri üçün əsas regional platforma kimi öz əhəmiyyətini təsdiqləyib. Bu, informasiya və xidmət mübadiləsi, potensialın artırılması, həmçinin miqrasiya və məcburi köçkünlük məsələlərinə dair razılaşdırılmış yanaşmaların hazırlanması üçün səmərəli foruma çevrilib.
Azərbaycanın sədrliyi çərçivəsində keçirilmiş mövzu ilə əlaqədar toplantılar miqrasiyanın səmərəli şəkildə idarə edilməsi kimi aktual məsələlərin müzakirəsinə həsr olunub. Bu yalnız nəticələrin əldə olunmasına deyil, eyni zamanda ümumi məsuliyyət hissinin möhkəmlənməsinə də səbəb oldu".
AzVision.az
Teqlər: