Bir günə bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:
"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9920, 1800, 1411, 1390, 1255, 924, 658, 500, 498, 485, 400, 240, 220, 125, 100, 100, 100, 86, 70, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".
Məlumatda qeyd olunub ki, vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik.
AzVision.az
Teqlər: Bank