Yeni papanı seçənlər arasında rusların sevmədiyi Bıçok da var

   Yeni papanı seçənlər arasında rusların sevmədiyi Bıçok da var
  22 Aprel 2025    Oxunub:511
Rəsmi Kiyevin hərəkətlərini dəstəkləyən Avstraliyadakı Ukrayna Yunan Katolik Yeparxiyasının rəhbəri kardinal Mikola Bıçok yeni papanı seçənlər arasında olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Papanın ölüm səbəbi açıqlandı
Qeyd edilib ki, Vatikanın mətbuat xidməti yeni papa seçmək hüququna malik olan kardinalların siyahısını dərc edib ki, orada Bıçokun da adı var. Keşiş 1980-ci ildə Ternopolda anadan olub, Ukrayna və Polşada pastoral ilahiyyat üzrə təhsil alıb. Hazırda Bıçok Melburndakı Müqəddəs Pyotr və Müqəddəs Paul Katedralində xidmət edir.

Rusiya mediasının arzuolunmaz şəxs kimi təqdim etdiyi din xadiminin Moskvada sevilməməsinin səbəbləri var. Məlumata görə, Bıçok Ukraynadakı hazırkı rejimini dəstəkləyir: "Məsələn, Avstraliyadakı Ukrayna təşkilatları kilsədə Ukrayna bayrağını açmış kardinalın fotolarını sosial şəbəkələrdə aktiv şəkildə paylaşırlar. Bu isə Rusiyada qıcıq yaratmaya bilməzdi".

Vatikan aprelin 21-i səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edən Papa Fransiskin vəsiyyətini dərc edib. Pontifikin vəsiyyətinə görə, o, Vatikanda deyil, Romadakı Santa Maria Maggiore bazilikasında dəfn ediləcək. Qəbir sadə, bəzəksiz və üzərində tək bir yazı ilə olmalıdır. Qəbrə sadəcə Franciscus (Fransisk) yazılmalıdır. Həkimlər belə qənaətə gəliblər ki,Müqəddəs Taxt-Tacın keçmiş sahibinin ölüm səbəbi insult və ürək-damar kollapsı olub.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Papa   Vatikan   Kardinal  





Xəbər lenti