Trampın Pakistanla Hindistana təklifi var

Trampın Pakistanla Hindistana təklifi var
  11 May 2025    Oxunub:995
ABŞ Hindistan və Pakistan arasındakı ərazi mübahisəsinin həllini tapmağa çalışır.
ABŞ prezidenti Donald Tramp belə deyib.

"Hətta müzakirə olunmasa da, mən bu böyük ölkələrin hər ikisi ilə ticarət həcmini artırmaq niyyətindəyəm. Bundan əlavə, "min ildən sonra Kəşmir üçün bir həll yolu tapıla biləcəyini görmək üçün hər ikinizlə işləyəcəyəm", - deyə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazib.

Qeyd edək ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Hindistan Birliyinin Cammu və Kəşmir ərazisinin Pahalqam şəhərində 25 Hindistan vətəndaşının və bir Nepal vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra gərginləşib. Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri terrorçuların Pakistandakı bazalarına zərbələr endirməyə başlayıb.



Teqlər: Tramp   Pakistan  





Xəbər lenti