Cənubi Koreyanın sabiq prezidenti rüşvətdə təqsirləndirilir

   Cənubi Koreyanın sabiq prezidenti rüşvətdə təqsirləndirilir
  24 Aprel 2025    Oxunub:386
Cənubi Koreyanın sabiq prezidenti (2017-2022) Mun Çe-İnə öz kürəkənini aviaşirkətdə işə düzəltdiyi, bu məqsədlə 217 milyon von (150 min ABŞ dolları) rüşvət aldığı üçün korrupsiya ittihamı irəli sürülüb.
Ölkənin Concu Şəhər Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, Çen-İnin kürəkəni məhz rüşvət nəticəsində aşağı büdcəli "Thai Eastar Jet" hava yolları şirkətində icraçı direktor kimi işə başlayıb.

"Hərçənd onun hava yolları sahəsində hansısa lazımi təcrübəsi, ixtisaslaşması yoxdur", - məlumatda vurğulanır.

Prokurorluq diqqətə çatdırır ki, adıçəkilən aviaşirkət həmin dövrdə Çe-İnin rəhbərliyindəki Koreya Demokratik Partiyasından keçmiş deputatın idarəsində idi. O, sabiq prezidentin rəğbətini qazanmaq məqsədilə kürəkənə sözügedən vəzifəni verib.

Beləliklə, Mun Çen-İn keçən ilin dekabrında ölkədə hərbi vəziyyət başlatdığı üçün legitimliyini itirən Yun Sok Yolun ardınca ədalət mühakiməsinə tuş gələn ikinci Cənubi Koreya prezidentidir.

2017-2022-ci illərdə prezident postunda oturmuş Mun Çen-İn Şimali Koreya lideri Kim Çen İn ilə ABŞ Prezidenti Donald Tramp arasında danışıqlara vasitəçilik etməsi ilə tanınır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Cənubi-Koreya   prezident   rüşvət   ittiham  





Xəbər lenti