Livan Dünya Bankından borc alıb

   Livan Dünya Bankından borc alıb
  24 Aprel 2025    Oxunub:290
Livan hökuməti ölkədə İsrail-"Hizbullah" müharibəsi nəticəsində daha da pisləşən enerji problemlərini yüngülləşdirmək məqsədilə Dünya Bankından 250 milyon dollar həcmində kredit alıb.
Livanın Maliyyə Nazirliyinin bəyanatında diqqətə çatdırılır ki, ölkə hələ müharibədən qabaq da illər boyu yanacaq çatışmazlığından, zəif enerji infrastrukturundan əziyyət çəkib. Dünya Bankının hesabatına əsasən, Livanda yenidənqurma və bərpa üçün təqribən 11 milyard dollara ehtiyac var.

"Verilən kredit 1 milyard dollarlıq yenidənqurma proqramının bir hissəsidir. Maliyyənin qalan hissəsi beynəlxalq yardım vasitəsilə təmin olunacaq", - bəyanatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Livan   Dünya-Bankı   kredit  





Xəbər lenti