Qazaxıstan Almatı Prosesinə sədrliyi dövründə prioritetlərini açıqladı

   Qazaxıstan Almatı Prosesinə sədrliyi dövründə prioritetlərini açıqladı
  24 Aprel 2025    Oxunub:293
Almatı Prosesinin növbəti sədrliyi çərçivəsində Qazaxıstan həm Mərkəzi Asiya dövlətləri arasında, həm də hökumət və beynəlxalq təşkilatlar arasında regional əməkdaşlığın gücləndirilməsinə vasitəçilik etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Askarbek Yertayev Bakıda keçirilən Almatı Prosesinin III nazirlər konfransında etdiyi çıxış zamanı bildirib.

A.Yertayev Qazaxıstanın mövcud miqrasiya vəziyyəti ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb: “2024-cü ildə Qazaxıstanın xarici miqrasiyasında müsbət dinamika nəzərə çarpır. Miqrasiyanın müsbət saldosu 2023-2024-cü illərdə də saxlanılıb. 2024-cü ilin yekunlarına əsasən miqrasiya saldosu 17 min nəfər təşkil edib. Onların əksəriyyəti MDB ölkələri və Çindən gələnlərdir. Həmin miqrantlardan böyük qismi təhsil üçün ölkəmizə gəliblər".

Nazir müavini Qazaxıstan “Almatı prosesi”nə sədrliyi dövründə beş əsas prioritet sahə üzrə fəaliyyət göstərəcəyini açıqlayıb. Bunlar qanuni miqrasiyanın həyata keçirilməsi, miqrantların hüquqlarının müdafiəsi, əmək miqrantlarının inteqrasiyası və xidmətlərə əlçatanlığı təmin etmək, miqrasiya sahəsində statistik məlumatların nizama salınması və “Almatı prosesi”nə üzv iştirakçıların, eləcə də dövlətlərin sayını artırmaqdır.

AzVision.az


Teqlər:





Xəbər lenti