Qaradağda zavodda bədbəxt hadisə olub

Qaradağda zavodda bədbəxt hadisə olub
  24 Aprel 2025    Oxunub:262
Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən zavodlardan birində bədbəxt hadisə baş verib.
"Qafqazinfo"nun yaydığı məlumata görə, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının iki barmağı amputasiya olunub.

Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti