Naxçıvanla Urumçi şəhəri qardaşlaşır

   Naxçıvanla Urumçi şəhəri qardaşlaşır
  23 Aprel 2025    Oxunub:391
Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri qardaşlaşır.
AzVision.az xəbər verir ki, bununla bağlı aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə sənəd imzalanıb.

Belə ki, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nu imzalayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti