Maliyyə Nazirliyindən Auditorlar Palatasına üzv təyin edilib

Maliyyə Nazirliyindən Auditorlar Palatasına üzv təyin edilib
  22 Aprel 2025    Oxunub:396
Azərbaycan Auditorlar Palatası Şurasına (AAP) yeni üzv seçilib.

AzVision.az xəbər verir ki, bu barədə Palatadan bildirilib. Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən maliyyə nazirinin müavini Azər Bayramovun 2025-ci il 17 aprel tarixli məktubuna əsasən Kəmalə Cəlal qızı Hümbətova Azərbaycan Auditorlar Palatası Şurasının üzvlüyünə Maliyyə Nazirliyinin nümayəndəsi qismində seçilib. Bu barədə Auditorlar Palatasının sədri əmr imzalayıb. Bununla da Şura üzvlərinin sayı 7-yə çatıb.

Qeyd edək ki, Kəmalə Hümbətova Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Təşkilatlarda uçot siyasəti sektorunun müdiridir.

AzVision.az




Teqlər:





Xəbər lenti