Kaya Kallas Azərbaycana səfər edəcək

   Kaya Kallas Azərbaycana səfər edəcək
  22 Aprel 2025    Oxunub:295
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.

AzVision.az xəbər verir ki, Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Jozep Borreli əvəz edib.

AzVision.az




Teqlər:





Xəbər lenti