Liviyada hərbi toqquşmalar yaşanır - VİDEO

   Liviyada hərbi toqquşmalar yaşanır    - VİDEO
  13 May 2025    Oxunub:669
Liviyanın paytaxtı Tripolidə baş verən silahlı toqquşmalarda 6 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, Liviyanın “Lebanon 24” təcili və təxirəsalınmaz yardım xidməti belə məlumat yayıb.

Yerli mediada mayın 12-də axşam saatlarında silahlılarla Milli Birlik Hökumətinin qüvvələri arasında toqquşmaların başladığı bildirilir. Bir neçə gün əvvəl, Təhlükəsizliyə və Sabitliyə Nəzarət İdarəsi ilə Misrata Birgə Qüvvələri arasında münaqişənin kəskinləşməsindən sonra yaraqlılar bir neçə şəhərdən paytaxta köçüblər. Yaraqlıların Təhlükəsizlik və Sabitliyin Təminatı İdarəsinin qərargahına da hücum etməyə cəhd göstərdikləri iddia olunur.

BMT-nin Liviyadakı missiyası Tripolidəki qarşıdurmalardan narahatdır. Təşkilat bütün tərəfləri mübarizəni dayandırmağa və münaqişəni dialoq yolu ilə həll etməyə çağırıb.

Liviyanın “Libya Press” agentliyinin məlumatına əsasən, beynəlxalq səviyyədə tanınmış Milli Razılıq Hökumətinin Daxili İşlər nazirliyi (DİN) yerli əhalini öz evlərində qalmağa səsləyib.

“DİN Misrata Briqadasının dəstəklədiyi 444-cü Döyüş Briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında davam edən qarşıdurmalara görə Tripolinin bütün sakinlərini evdə qalmağa və öz təhlükəsizlikləri üçün çölə çıxmamağa çağırır”, - Liviya DİN-in bəyanatında deyilir.

Nazirlik toqquşmaların Təhlükəsizlik və Sabitliyin Təminatı İdarəsinin rəisi Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başladığını bildirib.


Livanın “Al Mayadeen” telekanalı, öz növbəsində, xəbər verir ki, Liviyanın paytaxtında Mitiqa beynəlxalq hava limanı qarşıdurmalara görə fəaliyyətini dayandırıb. Uçuşların istiqaməti Tripolidən 200 km şərqdə yerləşən Misurata şəhərinə dəyişdirilib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Liviya   toqquşmalar  





Xəbər lenti