“Qırmızı kitab”a düşən balıqları ovlayanlar saxlanılıb

“Qırmızı kitab”a düşən balıqları ovlayanlar saxlanılıb
  13 May 2025    Oxunub:354
Balıqların kürütökmə dövrü ilə bağlı ölkə ərazisindəki su hövzələrində tətbiq edilən moratoriuma riayət etməyən, qanunsuz balıq ovu və brokonyerliklə məşğul olan şəxslərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Fərzullayev saxlanılıb.

Ondan balıqovlama alətləri və qanunsuz ovladığı 151 ədəd adı “Qırmızı kitab”a düşən müxtəlif növ balıq aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti