Trampdan Moskvaya və Kiyevə ultimatum - VİDEO

   Trampdan Moskvaya və Kiyevə ultimatum    - VİDEO
  13 May 2025    Oxunub:507
Birbaşa danışıqlara başlamaları üçün Tramp Ukrayna və Rusiyaya “ultimatum verib”, əks halda ABŞ gedəcək.
AzVision.az xəbər verir ki, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff “Breitbart News” saytına müsahibəsində belə deyib. Müsahibə mayın 8-də, yəni Zelenski və avropalıları 30 günlük atəşkəsə və Putinin mayın 15-də İstanbulda danışıqlar aparmağa çağırışından əvvəl yazılıb.

“Prezident hər iki tərəfə ultimatum verib ki, birbaşa danışıqlar olmasa və onlar tez baş verməsə, onda Birləşmiş Ştatların bu münaqişədən geri çəkilməli və bu münaqişədən kənarda qalmalı olduğunu düşünür”, - Uitkoff iddia edib.

The Guardian: “Zelenski təşəbbüsü Putinin əlindən alıb”
Onun sözlərinə görə, Tramp açıq şəkildə bildirib ki, əvvəlcə atəşkəs lazımdır, sonra daha çətin məsələləri həll etmək olar. Bu belə baş verir: atəş dayandırılır, hamı zorakılığı dayandırır və biz əsas problemləri həll edə biləcəyimizə əmin olmaq üçün birlikdə az bir vaxt keçiririk.

ABŞ prezidentinin xüsusi nümayəndəsi bildirib ki, söhbət beş mübahisəli regiona, Zaporojye Atom Elektrik Stansiyasına (AES) və “ukraynalıların Dnepr çayından necə istifadə edəcəyinə və Qara dənizə çıxış imkanlarına” aiddir.

Zaporojye AES mövzusuna toxunana Uitkoff, bu qurğunun gücünə görə bu qurğunun “bir növ tacdakı ləl-cəvahirat” və bunun hazırda müzakirələrin böyük bir hissəsi olduğunu bildirib.

Amma “əl-ayağa dolaşan əsas daş beş regionla bağlıdır”. Xüsusi nümayəndənin sözlərinə görə, ABŞ Kiyev və Moskvaya ərazi güzəştlərinə getməyi təklif edir.

- Biz bunu necə qiymətləndirəcəyimizdən danışırıq - cəbhə xəttinin haradan keçməsi, qoşunların harada olması və inzibati xətlər arasında fərq var. Biz bu ərazilərin bəzilərində Rusiya üçün nəyin məqbul olacağı (güzəştlər baxımından) batrədə danışırıq. Müəyyən inzibati sərhədlərdən kənara çəkilməyə hazırsınızmı? Eyni sualları ukraynalılara da veririk”, - Stiven Uitkoff vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   ultimatum  





Xəbər lenti