Trampın Yaxın Şərqə səfəri başlayır

   Trampın Yaxın Şərqə səfəri başlayır
  13 May 2025    Oxunub:462
ABŞ Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanına səfərə yollanacaq.
"Reuters" xəbər agentliyi öz mənbələrinə istinadən bildirir ki, o, Yaxın Şərqə səfərinin ilkin dayanacağında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində kral ailəsinin nümayəndələri ilə görüşlər keçirəcək. ABŞ lideri bu ölkənin ardınca Qətər və Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.

"Həm Vaşinqton, həm də Ər-Riyad diplomatiya və ya dövlətçilikdən ziyadə iqtisadi əlaqələr ətrafında müzakirələr aparacaqlar. Gündəlikdə siyasi məsələlər, o cümlədən ərəb ölkələri ilə İsrail münasibətlərinin normallaşması mövzusu nəzərdə tutulmayıb", – xəbərdə vurğulanır.
Ər-Riyadın Trampdan istəkləri var

Maraqlıdır ki, dünən Səudiyyə Ərəbistanının kral ailəsinin adı gizli saxlanılan üzvü İsrailin "Kan" telekanalına müsahibəsində, "Reuters"in yaydığı bu məlumatın əksinə, Donald Trampla məhz siyasi mövzularda danışıqlar aparılacağını diqqətə çatdırmışdı. O bildirmişdi ki, qarşı tərəf Trampdan Fələstin dövlətinin rəsmi tanınmasını, müharibəyə son qoyulmasını və regionda münasibətlərin normallaşmasını dəstəkləməyi xahiş edəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Səudiyyə-Ərəbistanı   prezident   səfər  





Xəbər lenti