Peskov: "Putinin sözlərinə fikir verin"

      Peskov:    "Putinin sözlərinə fikir verin"
  13 May 2025    Oxunub:315
"Avropa İttifaqı danışıqlar prosesinə balanslaşdırılmış şəkildə yanaşa bilməz".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında dilə gətirib. O, Avropa İttifaqı ölkələrinin liderlərinin Türkiyədə baş tuta biləcək Rusiya-Ukrayna danışıqlarında mümkün iştirakına şərh verib.

"Avropa İttifaqı Ukraynanı tam dəstəklədiyi üçün danışıqlar prosesinə neytral yanaşması yolverilməzdir. Sizə bir daha Rusiya Prezidentinin bəyanatına diqqət yetirməyi məsləhət görürəm", - o vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 10-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi üzrə tədbirlərinin yekununda jurnalistlərə açıqlamasında rəsmi Kiyevə müraciətlə İstanbulda ilkin şərt qoyulmadan birbaşa danışıqlar təklifi irəli sürüb. O diqqətə çatdırıb ki, Türkiyə də mayın 15-də keçirilməsi nəzərdə tutulan bu danışıqların təşkilinə hazırdır.
Tramp İstanbula gedəcəkmi?

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da yerli mətbuata açıqlamasında diqqətə çatdırıb ki, Rusiya və Ukraynanın nümayəndə heyətlərinin mayın 15-də Türkiyənin İstanbul şəhərində keçiriləsi görüşünə o da qoşulmaq istəyir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   Türkiyə   ABŞ   danışıqlar  





Xəbər lenti