Tramp Papanın dəfn mərasiminə gedəcək

   Tramp Papanın dəfn mərasiminə gedəcək
  22 Aprel 2025    Oxunub:461
ABŞ prezidenti Donald Tramp ölkənin birinci xanımı ilə birlikdə Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək.
AzVision.az xəbər verir ki, Amerika lideri bununla bağlı özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Melaniya və mən Roma Papası Fransiskin dəfn mərasiminə gedəcəyik. Biz bu səfəri səbirsizliklə gözləyirik!”, - Donald Tramp bildirib.

Papa Fransiskin baxışları və bəyanatları I FAKTLAR
Bu, Trampın ikinci prezidentliyi müddətində ilk beynəlxalq səfəri olacaq və dünya liderlərinin Roma Papası Fransiskin şərəfinə toplaşacağı anım mərasimində baş tutacaq.

Xatırladaq ki, Papa Fransisk bazar ertəsi Pasxa bayramında 88 yaşında vəfat edib. Onun dəfn mərasiminin və dəfnin ölümündən 4-6 gün sonra keçiriləcəyi gözlənilir. Ənənəvi olaraq, mərasim Müqəddəs Pyotr meydanında keçirilir. Lakin mərasimin keçiriləcəyi yerlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Papa   dəfn  





Xəbər lenti