ABŞ Dövlət Departamenti Rubionun Ukrayna üzrə danışıqlarda iştirakını təsdiqləyib

ABŞ Dövlət Departamenti Rubionun Ukrayna üzrə danışıqlarda iştirakını təsdiqləyib
  22 Aprel 2025    Oxunub:406
ABŞ dövlət katibi Marko Rubio Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün çərşənbə günü Londona səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Bu danışıqları davam etdirmək üçün dövlət katibi ilə birlikdə Londona gedirəm”, - o deyib.

Bryus həmçinin Rusiyanın Ukrayna ilə dialoqa hazır olması barədə bəyanatını çox yaxşı əlamət adlandırıb.

Daha əvvəl “The Wall Street Journal” qəzeti Londonda keçiriləcək görüşdə Rubio ilə yanaşı, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun da iştirakının gözlənildiyini yazmışdı.

Danışıqlarda həmçinin Böyük Britaniya, Fransa və Kiyev hökumətinin nümayəndələri də iştirak edəcək. “RBK-Ukraina” agentliyinin məlumatına görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, onun müavini Pavlo Palisa, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov daxil olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti