Suriyada cihadçılar saxlanılıblar

Suriyada cihadçılar saxlanılıblar
  22 Aprel 2025    Oxunub:435
Suriyada "Fələstin İslam Cihadı" qruplaşmasının bu ölkədəki icraçı komitəsinin nümayəndələri Xalid Xalid və Əbu Əli Yasir yerli polis tərəfindən saxlanılıb.
Bu barədə Fələstin mətbuatında xəbərlər yayılıb. Bildirilib ki, Suriya hökuməti iddia ilə əlaqədar hələlik rəsmi açıqlama verməyib.

Keçən ilin dekabrında Suriyada Bəşər Əsəd rejimi devrilənədək Fələstin İslam Cihadının bir çox ali üzvü, o cümlədən rəhbəri Ziyad Ən-Nəxalə məhz bu ölkədə məskunlaşmışdılar. Dekabrın 8-də müxalif qüvvələrin üsyanı başlamazdan qabaq Ən-Nəxalə Suriyadan qaçsa da, bir sıra "cihadçılar" öz mövqelərində qalıblar.
Livanda HƏMAS üzvləri saxlanılıblar

Maraqlıdır ki, aprelin 16-da Livanda isə Fələstinin HƏMAS qruplaşmasına məxsus bir sıra yaraqlı da ələ keçirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Suriya   cihadçılar   həbs  





Xəbər lenti