XİN sözçüsü: "Çin və Azərbaycan strateji tərəfdaşdır"

      XİN sözçüsü:     "Çin və Azərbaycan strateji tərəfdaşdır"
  21 Aprel 2025    Oxunub:495
Çin və Azərbaycan strateji tərəfdaşdırlar.
AzVision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun mətbuat konfransında bildirib.

“Çin və Azərbaycan strateji tərəfdaşdırlar. Son illər hər iki liderin şəxsi qayğısı və səyi ilə Çin-Azərbaycan münasibətləri siyasi qarşılıqlı inamın dərinləşməsi, “Bir kəmər, bir yol” üzrə səmərəli əməkdaşlıq və səmərəli beynəlxalq koordinasiya ilə sağlam inkişaf tempini qoruyub”, - XİN rəsmisi vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti